Slimfit
  1. DÜNYA

"Bütün şan-şöhrəti ilə parlayan Fransanı artıq gözlərim görməz oldu" - Fransız müsəlman qadından Makrona əxlaq dərsi

"Bütün şan-şöhrəti ilə parlayan Fransanı artıq gözlərim görməz oldu" - Fransız müsəlman qadından Makrona əxlaq dərsi
Sakura

"Bütün şan-şöhrəti ilə parlayan Fransanı artıq gözlərim görməz oldu" - Fransız müsəlman qadından Makrona əxlaq dərsi

Malidə əsir düşdükdən sonra müsəlmanların əxlaqından təsirlənən və İslamı qəbul edən fransız Sofiya Petronin (Sophie Pétronin) ölkə rəhbəri Emmanuel Makrona məktub yazaraq tam bir əxlaq dərsi verib.

Eurasia Dairy Makrona yazılan həmin məktubu təqdim edir:

Cənab Makron

Doğru yolu gedənlərə salamlar olsun...

Mən Sofiya Petronin, fransız, xristiyan və katolik ağ irqin nümayəndəsi qadın olaraq 75 il xristiyan olaraq yaşadıqdan sonra son dörd ildə müsəlmanlar arasında kölə kimi yaşamış olmağım və İslam dinini seçməyimin anladığım qədəri ilə sizi heyrətləndirərək şoka salıb.

Cənab Makron

Bəli, Afrikanın yoxsul ölkəsi olan Malidə müsəlmanların girovuydum, amma onlar heç vaxt mənə qarşı pis və çirkin davranmadılar və hətta son dərəcə hörmətli olmağı bacardılar. Əllərindəki qıt imkanlarına baxmayaraq, məndən yemək və içməkdən nəyi sevdiyimi soruşdular və həmişə təmin etməyə çalışdılar. Məhrəmiyyətimə son dərəcə hörmət etdilər və bu məsələni heç vaxt pozmadılar.

Bilməyinizi istərdim ki, onların heç biri məni sözlə və ya fiziki olaraq incitmədilər, digər tərəfdən öz dinimə aid heç bir müqəddəs məsələni nə Hz. İsa Məsih, nə də Hz. Məryəmi təhqir etmədilər, başqa sözlə, heç vaxt sizlərin İslam peyğəmbəri Hz. Məhəmmədlə davrandığınız kimi davranmadılar.

Onlar heç vaxt mənə İslam dinini qəbul etdirməyə çalışmadılar, amma mən əxlaqından, sadə həyat tərzlərindən, dürüstlüklərindən və mərhəmətlərindən İslamın necə bir din olduğunu yaxından gördüm.

Onlar az miqdarda suyun olmasına baxmayaraq özlərini təmiz saxlamağa, gündə beş dəfə Allahın qarşısına çıxmağa, qarınları doymamış olmasına baxmayaraq, Ramazan ayında oruc tutmağa, dinlərinin əmrlərinə tabe olmağa, aclıq və yoxsulluq çətinliklərinə baxmayaraq, ruhlarını qaraltmadan etik bir şəkildə yaşadıqları dinin əmrlərinə tabe olmağa  diqqətlə yanaşırdılar.

Cənab Makron

Malidə yaşayan müsəlmanlar çox kasıbdırlar və üstəlik yaşadıqları bu ölkə kasıb bir ölkədir. Onların Eyfel kimi qüllələri, Luvr kimi muzeyləri, Versal və Yelisey kimi sarayları yoxdur və hətta Fransanın o məşhur ətirlərinin qoxusunu nədir, adını belə bilmirlər, amma təmiz bədənlərə, yumşaq ürəklərə və parlaq ruhlara sahibdirlər.

Bəli, bəlkə də onların gözəl restoranları, lüks avtomobilləri, çoxmərtəbəli göydələnləri və ya özlərini sübut edəcək rəqs növləri yoxdur, amma buludlardan daha yüksək arzulara, dağlardan güclü inamlara və kamallığa can atan ruhlara malikdirlər.

Cənab Makron

Əcəba, bir dəfə də olsun Qurani-Kərimin oxunuşunu dinləmisinizmi? Ancaq bütün dualarında gecə-gündüz və hətta gündəlik işlərini bir kənara qoyub Quran oxuyurlar.

Dinləsəydiniz, nə qədər gözəl bir şey olduğunu anlaya bilərsiniz, mənasını anlamadığınız halda bədəninizin necə titrəyəcəyini, ruhunuzun o ahəngə necə qapıldığını, insanın içinə necə işlədiyini görərdiniz. Budur, hətta bütün bu ilahi sözləri əzbərləyirlər! .. Sonra istər-istəməz bu sözlərin insana aid olmadığını, aləmlərdən daha uca bir söz olduğunu və göylərdən bizə hədiyyə olaraq təqdim olunduğunu başa düşürsən. Sonra maraqlanaraq və mənasını öyrənmək arzusuna qapılırsan. Nəhayət, ondan daha cəlbedici bir ifadə olmadığını dərk edirsən.

Cənab Makron

Bu günə qədər heç alnınızı torpağa qoyub mərhəmət dolu Allaha səcdə etdinizmi? Yaşadığınız çətinliklər, həll edilə bilməyən məsələlərin həlli barədə onunla məsləhətləşdinizmi və ümidlərinizi onunla bölüşdünüzmü? Bizə verdiyi nemətlərə görə bir dəfə də olsun təşəkkür etdinizmi?

Heç özünüzü Allaha və onu özünüzə yaxın hiss etmisinizmi? Özünüzün onunyanında olduğunuzu və onun sizin yanında olduğunun fərqinə vardınızmı? Bax bu dediklərimi orada yaşayan, çox sadə və yoxsulluq içində yaşayan müsəlmanlar edir; onların zənginliyini görün və yaşadıqları yoxsulluğa baxın.

Cənab Makron

Onların qadınları kömür kimi qaradır, ürəkləri süddən daha bəyazdır. Çox sadə və boş paltar geysələr də, həyat yoldaşları tərəfindən çox mehriban və gözəl hesab olunurlar. Heç vaxt yad kişilərlə bir yerdə oturmazlar, yoldaşları olmayanda yad kişini evinə buraxmazlar,bu məsumluqlarını günah, dedi-qodu və qüsur qurbanına cevirmirlər.

İçki içmirlər, qumar oynamırlar, zina etmirlər, eyni cinslilik nədir bilmirlər və itlərinə görə yoldaşlarını tərk etməzlər.

Cənab Makron

Bu bölgədəki müsəlmanlar bütün İlahi peyğəmbərlərə, İsa Məsihə və Məryəm anaya bizdən daha çox hörmət edirlər. Mən öz adımı Məryəm anaya olan sevgi və məhəbbətim səbəbindən Məryəm olaraq dəyişdirdim. Hətta onlar Məryəmi İslam Peyğəmbərinin qızı Fatimə və həyat yoldaşı Xədicədən ayrı görmürlər.

Cənab Makron

Onların İsa Məsihə bizdən daha çox hörmət etdiklərini və müqəddəs tutduqlarını soruşsanız; Sizə belə cavab vermək istəyirəm: Bəli, onlar Hz. İsanı bizdən daha çox sevirlər. Bizlər Məsihin adı altında ilə bir çox günahsız kasıb insanların qanını tökdük, halbuki o, özünü bütün bunlardan qoruyan idi, sonra onları kölə etdik, bütün yeraltı və yer üzündə olan sərvətlərini talan etdik, bu gününü və gələcəyini məhv etdik, lakin İsa Məsih də insanlara buna qadağan etmişdi.

Qeyri-insani müstəmləkə ilə, insafsız təhsilimizlə onlarla mübarizə apardıq və müsəlman ölkələrinin sərvətlərini ələ keçirdik. Onların inkişafını təmin edə biləcək layihələrimizin ola bilməsinə rəğmən biz onları qul kimi istifadə etməyə davam etdik, aralarına fitnə-fəsad saldıq və ölümcül silahlar satdıq, sonra onları terrorçu adlandırdıq, halbuki əsil terrorist biz idik onlar deyil.

Lakin onlar girovlara bizimki kimi deyil, müqəddəs kitablarda yazılan, kilsələrdə öyrədilən və bu gün dünyada tayı olmayan İsa Məsihin əxlaqı ilə yaxınlaşmağı üstün tutdular.

Cənab Makron

Son olaraq ... Mən İslam dinini qəbul etdiyimi əziz Mali torpağında elan etmək istəmədim. Çünki məni İslamı qəbul etməyə məcbur etdiklərini iddia edəcəkdiniz. Bu səbəbdən azad olacağım günü gözləyib, öz ölkəm Fransadakı milyonlarla fransıza, yaşadığım qitə olan Avropaya xristiyan dinini tərk edərək müsəlman olduğumu hayqıracağım günü gözlədim.

Cənab Makron

Budur, gecə-gündüz demədən onların əleyhinə çalışdığınız, sui-qəsdlərə və hiyləgərliklərə əl atdığınız, minlərlə bəhanə ilə yaşadığı ərazilərə beynəlxalq təşkilatlarla və kəşfiyyat birlikləri ilə hücum etdiyiniz, Fəratdan Nilədək sahib olduqları torpaqlarıələkeçirib məhv etdiyiniz və sonunda terrorizmin hamisi olduğunu iddia etdiyiniz İslamı qəbul etdim. Ancaq sizə demək istərdim ki, İslam qəlbimdə xəyal belə edə bilmədiyim bir barış və mərhəmət yaratdı, zehnimi bütün pis düşüncələrdən təmizlədi və hisslərimi yaşamağımı təmin etdi.

Bütün şan-şöhrəti ilə parlayan Fransanı artıq gözlərim görməz oldu, lakin kasıb və təvazökar olan və etdiyiniz zülmlərə görə hər qarışına min bir ağrının hopduğu Mali mənim üçün çox qiymətlidir. Bu səbəbdən kasıb olmasına baxmayaraq o çox məhsuldar torpağa dönmək qərarına gəldim.

Ancaq bu dönüşümü Fransada yaşayan ailəm və dostlarıma, vətənim və gələcəyi üçün narahat olduğum Avropa xalqına müqəddəs İslam dini haqqında danışdıqdan sonra edəcəyəm. Ümidim xalqımın ən qısa zamanda xilas olması, mənim daddığım təsvirsiz qulluq dadını dadmaqlarıdır. Onlara bütün dinlərin vəd etdiyi xilaskarın mübarək vədini başa salmaq istəyirəm.

Cənab Makron

Mən də sizi bu izzət dininə dəvət edirəm, bu din, Adəmdən Nuha, İbrahimdən Musaya və hətta İsa Məsihə, nəticədə insanların ən üstünü Məhəmmədə ötürülən İslam dinidir. Ümidim İslamın mərhəmətli günəşi qaranlığa qərq olmuş bu dəhşətli planetə işıq saçmasıdır. Bax bu cür hüzur hər yerə yayılmasıdır. Əlbətdə ki, bu Uca Allah üçün çətin bir şey deyil. Tanrıya güvəndim və dönüşüm mütləq onadır.

Doğru yola gedənlərə salam olsun!

İslamın kölgəsində yenidən doğan

Məryəm Petronin (Mariam Pétronin)

Mənbə: ednews.net

Tərcümə etdi: Ülvi Əhmədli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR