Slimfit
  1. AZƏRBAYCAN

Bütün gəmilərin kapitanlarına tapşırılıb ki...

Bütün gəmilərin kapitanlarına tapşırılıb ki...
Sakura

Bütün gəmilərin kapitanlarına tapşırılıb ki...

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.

Qafqazinfo” xəbər verir ki, ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib. Bütün gəmilərin kapitanlarına tapşırılıb ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər. Bundan başqa, əlaqədar strukturlara körpülərdə dayanmış bütün gəmi və digər üzən vasitələrin təhlükəsizliyinin təmini məqsədilə onların bərkidilməsinin yoxlanılması, yararsız kəndir və burazların yenisi ilə əvəzlənməsinin təşkili, körpülərdən gəmiyə verilmiş keçid traplarının yığışdırılmasının təmini və digər zəruri  tapşırıqlar verilib. Eyni zamanda, baş verə biləcək fövqəladə hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə donanmalar tərəfindən hər rayon üzrə növbətçi gəmilər təyin olunub.

Bütün bunlarla bərabər, görülən tədbirlərin əlaqələndirilməsi və mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi təşkil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR