Bütün gəlirini Texasda ölənlərin ailələrinə verəcək
ABŞ müğənnisi Khalid baş tutacaq konsertindən əldə edəcəyi bütün gəliri Texas ştatında atışma zamanı vəfat edən şəxslərin ailələrinin hesabına köçürəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ifaçı Tvitter hesabında yazıb.
“Son bir neçə gündə şəhərə necə kömək edə biləcəyim haqda düşünürəm. Bu ay xeyriyyə məqsədi ilə konsert keçirməyi planlaşdırıram. Konsertdən qazanacağım bütün gəlir atışma zamanı zərər çəkənlərin ailələrinə veriləcək”, - Khalid sosial şəbəkədə yazıb.
Xatırladaq ki, ABŞ-da bir neçə gün ard-arda davam edən silahlı insidentlər nəticəsində xeyli sayda insan ölüb. Belə ki, Texas ştatının El-Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma zamanı 20 nəfər dünyasını dəyişib, azı 30 nəfər yarlanıb. Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 26 nəfər yaralanıb. İllinoys ştatının Çikaqo şəhərində yerləşən Duqlas-parkda isə 7 nəfər yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət