Slimfit
  1. MƏDƏNİYYƏT

Bütün aktyorların arzuladığı mükafat - “Oskar” haqda bilmədiklərimiz,

Bütün aktyorların arzuladığı mükafat - “Oskar” haqda bilmədiklərimiz,
Sakura

Bütün aktyorların arzuladığı mükafat - “Oskar” haqda bilmədiklərimiz,

Kino sənəti ilə məşğul olan demək olar ki, hər bir şəxsin arzusu bir gün “Oskar”a sahib olmaqdır.

Amerika Kino və Elm Sənətləri Akademiyasının təsis etdiyi mükafat mərasiminin rəsmi adı isə Akademiya Mükafatıdır. İlk dəfə “Oskar”lar qaliblərinə 1929-cu ilin mayında Hollivudun “Roosevelt” otelində təqdim olunub. 1953-cü ildən isə mükafatın təqdimatı televiziyada canlı yayımlanır.

Ens.az Modern.az-a istinadən xəbər verir ki,“Oskar” mükafatı haqqında maraqlı məlumatları təqdim edir.

Mükafatın “Oskar” adlandırılması ilə bağlı bir çox versiyalar var.

Əksər mənbələrdə akademiyanın idarə heyətinin katibi Marqarit Herriklə əlaqəli olduğu bildirilir. Belə ki, o, mükafatı görən kimi heykəlciyi əmisi Oskara oxşadıb.

Digər versiyaya görə Hollivud ulduzu Bette Devis heykəlciyi keçmiş həyat yoldaşı Harmon Oscar Nelsona bənzədib. 

Oskar mükafatı dedikdə, ilk olaraq ağıla qızılı heykəlcik gəlir. Sedrik Gibbons tərəfindən dizayn edilən heykəlciyin üzərinə 24 qram qızıl örtük çəkilir. Lakin İkinci dünya müharibəsi zamanı metal çatışmazlığı səbəbilə “Oskar”ların istehsalında problem yaranmışdı. Buna görə də müharibə ərzində  heykəlciklər gipsdən düzəldilir.

 

Məşhur Oskar mükafatının mənəvi dəyəri çox böyük olsa da, maddi olaraq heykəlciyin qiyməti sadəcə 1 dollardır. Akademiyanin bu simvolik qiyməti təyin etməsinə səbəb isə “Oskar”ın kommersiya məqsədləri üçün istifadəsinin qarşısını almaqdır.



1950-ci ilədək bu mükafatları satmağa icazə verilsə də, hazırda “Oskar” almış şəxslər 1 dollar qarşılğında heykəlciyi Akademiyaya geri verə bilərlər.

 

Oskar mükafatı qazanmısansa, gərək onu qorumağı da bacarasan. 2015-ci ildə Parisdə gülüş ustası Çarli Çaplinin qızıl heykəlciyi oğurlanmışdı. Qeyd edək ki, məşhur aktyor 3 dəfə Oskara layiq görülüb, sonuncu Oskarını isə 20 il gecikmə ilə əldə edib. Çünki o dövrdə Los-Anceles kinoteatrlarında yayımlanmayan filmlər Akademiya Mükafatları müsabiqəsində iştirak edə bilməzdi. 20 ildən sonra teatrlarda göstərildiyi zaman  Çaplinin “Limelight” filmi  mükafatlandırıldı.

 

Film sektorunun ən bahalı və ən məşhur aktyorları var ki, onlar hələ də “Oskar”a sahib ola bilməyib. Lakin bu mükafatı qazanıb ondan imtina edənlər də az deyil.


Həmin aktyorlardan biri də , Corc Skotdur. O,  1970-ci ildə "Patton" filmindəki roluna görə "ən yaxşı kişi aktyor" nominasiyasında Oskara layiq görülmüşdü. Lakin mükafatlandırma zamanı Corc kinoakademiyanı barbar və rüşvətxor hesab etdiyini deyərək mükafatı qəbul etmədi.



“Xaç atası” filmindən tanıdığımız Marlon Brando da 1972-ci ildə Oskara layiq görülmüşdü. Aktyor mərasimə getməyərək, öz yerinə hindu əsilli gənc aktrisanı göndərir. O isə səhnəyə çıxaraq Amerika hökumətinin yerli hindulara qarşı ayrı-seçkiliyini əsas gətirərək Oskardan imtina etdi.

 

Oskar mükafatı tədbirləri cəmi 3 dəfə təxirə salınıb. 1938-ci ildə Los-Ancelesdə baş verən sel fəlakəti səbəbindən, 1968-ci ildə Martin Lüter Kinqə sui-qəsd edildiyi zaman və 1981-ci ildə Ronald Reyqana sui-qəsd cəhdi səbəbindən təxirə salınıb.



2021-ci ildə keçirilməsi nəzərdə tutulan 93-cü “Oskar” mükafatının təqdimetmə mərasiminin vaxtı isə koronavirus pandemiyası ilə əlaqədar dəyişdirilə bilər.

Qeyd edək ki, Amerika Kino və Elm Sənətləri Akademiyası aprelin sonunda “Oskar”a təqdim olunan filmlərin baxışını müvəqqəti olaraq onlayn şəkildə keçirmişdi. Bu isə “Oskar” tarixində bir ilk sayılır, çünki qaydalara görə, yalnız Los-Anceles kinoteatrlarında azı bir həftə nümayişdə olmuş filmlər mükafata təqdim edilə bilər.



 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR