Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

“Buta Airways” Türkiyənin daha bir şəhərinə birbaşa reys işə salıb

“Buta Airways” Türkiyənin daha bir şəhərinə birbaşa reys işə salıb
Sakura

“Buta Airways” Türkiyənin daha bir şəhərinə birbaşa reys işə salıb

Martın 31-də “Buta Airways” aviaşirkəti Bakıdan Türkiyənin paytaxtı Ankaraya birbaşa reys işə salıb.

Ankara aviaşirkətin Türkiyəyə reyslərin həyata keçirdiyi dördüncü istiqamət olacaq.

Ankara beynəlxalq hava limanında “Buta Airways”in və “Azərbaycan Hava Yolları” QSC-nin Asiya və Orta Asiya üzrə marşrut strategiyaları meneceri Elvin Raziyev Trend-ə bildirib ki, şirkət artıq İstanbul, Alanya və İzmirə müntəzəm reyslər yerinə yetirir:

“Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bakı-Ankara istiqamətində biletin minimal qiyməti 29 avro olacaq. Reyslər 106 sərnişin tutumlu “Embraer E190” təyyarəsi ilə yerinə yetiriləcək”.

O əlavə edib ki, AZAL bu marşrut üzrə həftədə beş dəfə uçuşlar keçirir.

Ankaranın “Esenboğa” hava limanının nümayəndəsi Hicran Öztac vurğulayıb ki, Bakıdan Ankaraya ilk reysin bütün biletləri satılıb.

Qeyd edək ki, aviabiletləri şirkətin rəsmi saytından əldə etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR