Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

“Buta Airways” şirkətin Batumiyə birbaşa uçuşları sentyabrın 13-dək davam edəcək

“Buta Airways” şirkətin Batumiyə birbaşa uçuşları sentyabrın 13-dək davam edəcək
Sakura

“Buta Airways” şirkətin Batumiyə birbaşa uçuşları sentyabrın 13-dək davam edəcək

AZAL-ın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Batumi-Bakı istiqaməti üzrə uçuşlar həyata keçirəcək.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazə verib.

Bakı-Batumi-Bakı istiqaməti üzrə mütəmadi reyslər iyunun 14-dən sentyabr ayının 13-nə qədər yerinə yetiriləcək. Uçuşlar cümə və bazar günü olmaqla həftədə 2 dəfə, Embraer E190, Airbus A319 və A320 tipli təyyarələrlə həyata keçiriləcək.

Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.

Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahil boyu bulvarı ilə məşhurdur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR