Slimfit
  1. DÜNYA

“Business Insider” ən yaxşı smartfonların reytinqini tərtib edib

“Business Insider” ən yaxşı smartfonların reytinqini tərtib edib
Sakura

“Business Insider” ən yaxşı smartfonların reytinqini tərtib edib

“Business Insider” portalı dünyanın ən yaxşı smartfonların reytinq cədvəlini tərtib edib.

AZƏRTAC xəbər verir ki, reytinqdə ilk yeri “OnePlus 6T” smartfonu tutub. Portalın məlumatına görə, yaxın vaxtlarda yeni qurğunun anonsu gözlənilir.

Qurğuda rəqiblərinin təklif etdiyi naqilsiz enerji qidalanması, yüksək sukeçirməzlik səviyyəsi, çox genişbucaqlı kamera modulu kimi bir çox funksiya mövcud deyil. Bununla belə, “OnePlus 6T” smartfonunun əsas üstünlüyü gözəl xarici görünüşü, foto və video çəkilişi, tez enerji toplaması və akkumulyatorun ömrünün uzun olmasıdır.

Reytinqdə ilk beşliyə, həmçinin “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy S10 Plus” və “Galaxy S10” smartfonları, ilk onluğa isə “Google Pixel 3” və “3 XL”, “Samsung Galaxy Note 9”, “iPhone XS” və “XS Max”, “Samsung Galaxy S9 Plus” və “iPhone X” smartfonları daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR