Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Burun əti eşitmə zəifliyi yaradır?

Burun əti eşitmə zəifliyi yaradır?
Sakura

Burun əti eşitmə zəifliyi yaradır?

“Azərbaycanda burun ətlərinin kəsilməsi əməliyyatları kifayət qədər geniş yayılıb. Bu əməliyyata barmaqarası yanaşmaq olmaz. Yalnız göstəriş olduğu halda burun əti-adenoidlərin kəsilməsinə qərar vermək lazımdır”. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) LOR şöbəsinin müdiri Murad Şıxəliyev deyir.  Onun dediyinə görə, burun əti ilə bağlı problemlərə əsasən uşaqlarda rast gəlinir. 1-2 yaşından etibarən həddi-buluq yaşına çatana qədər uşaqlarda belə hallar müşahidə olunur:

“Adenoid dediyimiz burun əti burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Əsas şikayət bundan ibarət olur. Bundan başqa, narahat yatmaq, xoruldamaq, ağızın açıq yatmaq kimi şikayətlər də olur. Adenoidin də dərəcələri var. Əgər uşaqlarda narahatlıq aylarla, illərlə davam edirsə, bu artıq əməliyyata göstəriş ola bilər”.

Murad Şıxəliyev qeyd edir ki, burun əti problemi adətən eşitmədə də problemlər yaradır. Çünki bu hal orta qulağın havalanmasının qarşısını alır, nəticədə təbil pərdəsinin arxasında yığılan maye axaraq kanal vasitəsilə buruna tökülə bilmir, orada qalır və bu isə eşitmə azlığına gətirib çıxarır. Bu da öz növbəsində nitqi inkişaf prosesində olan uşağın nitqində problemlərə gətirib çıxarır.

Həkim, uşaqların tənəffüs və eşitmədəki şikayətlərinə diqqətlə yanaşmağı tövsiyə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR