Slimfit
  1. MARAQLI

Burrel həbsxanası

Burrel həbsxanası
Sakura

Burrel həbsxanası

Burrel həbsxanası (alb. Burgu i Burrelit) ― Albaniyanın şimal-şərq şəhəri Burreldən kənarda, Mata Rayon Polis İdarəsində yerləşən 198 məhbus tutumlu maksimal təhlükəsizlik həbsxanası. 2011-ci ildə həbsxanada 182 məhkum vardı və 120 islah məmuru işləyirdi. Birmərtəbəli qurum 21.000 kvadratmetr ərazini əhatə edən üç sahəyə bölünür.

Burrel həbsxanası 1992-ci ildə Albaniya İşçi Partiyasınının hakimiyyətdən getdikdən sonra bağlandı. Həbsxana 1997-ci ildə yenidən açıldı və Albaniyanın hazırda fəaliyyət göstərən 21 həbsxanasından biridir, ölkədə ömürlük həbs edilmiş məhkumların olduğu beş həbsxanadan biri və mütəşəkkil cinayətlərə görə mühakimə olunanların olduğu iki həbsxanadan biridir. Bəzi ictimai fəallar həbsxananın bağlanmasını və buranı 1944-1992-ci illər arasında işgəncə verilərək öldürülənlərin xatirə yerinə çevrilməsini tələb edirdilər.

2013-cü ilin may ayında Burrel həbsxanasının direktoru Dəmir Çupi istefaya göndərildi. Buna məhbus Zenelinin Kukes şəhərində yaşayan həyat yoldaşını ziyarət etmək üçün 5 günlük məzuniyyət alması, lakin həbsxanaya qayıtmaması səbəb oldu. Bu, 2013-cü ildə təkrarlanan üçüncü belə hadisə idi.

Tarixi

Həbsxana planları kral Əhməd Zoğun hakimiyyəti dövründə 1937-ci ildə başlamışdı, lakin tamamlanmasının maliyyələşdirilməsində problemlərin yarandığı səbəbindən layihə 1939-cu ilə qədər uzandı.

Həbsxana, Ənvər Xoca rejimi öncəsi və dövründə siyasi məhbusların həbsdə saxlandığı yer idi, onlardan bir çoxu məhkəmə prosesi olmadan həbs olundu, işgəncə gördü və qeyri-insani şərtlərə dözməyə məcbur edildi. Albaniya bu dövrdə 100-dən çox həbsxanaya sahib olsa da, lakin Burrel həbsxanası Qafe Barit və Spaç həbsxanası ilə birlikdə ən qəddar yerlərdən idi. Buraya düşən bir çox insanlar vaxtında Albaniya Sosialist Xalq Respublikasının partiya aparatında görkəmli vəzifələr sahibləri idilər, lakin rejim tərəfindən sonradan müxalifət cinayətlərində ittiham edilmişdilər. Müxalifət hərəkatı ilə hər hansı bir şəkildə əlaqəli şəxslər həbs edilirdi, həmin insanların ailə üzvləri də buraya yerləşdirilirdi. Bundan başqa ölkədə dini ənənələr qanunsuz hesab edilirdi və bu qanunu pozan bir çox şəxslər buraya salınırdı. Müxalifət cinayətlərində günahlandırılanlar ən azı 20 il müddətinə məhkum edilirdi, lakin onların bir çoxu həbsxanadaykən cəzaları "uzadılırdı", onlar içərisində ən məşhuru "Balkanların Mandelası" adlandırılan Peter Arbnori idi ki, o, burada 28 il həbs həyatı yaşamışdır.

Burrel həbsxanasının 1939-1992-ci illər arasında görkəmli məhkumlar

Kostak Kota

Həbsxananın açıldığı vaxt Albaniyanın Baş naziri; daha sonra həbsxanada məhkum ikən edama məhkum edildi..

Dom Simon Yubani

Mireditada xidmət edərkən tutulan katolik rahib; 26 il həbs cəzası verilmişdir.

Zef Pellumbi

Xoca rejimi dövründə Burrel həbsxanasında yatan katolik rahib.

Memet Hamzo

Albaniyada 1990-cı illərin ortalarında zülmə məruz qalan ailələrə iqtisadi və sosial imkanlar yaradan ilk təşkilatlardan biri olan Rinqyallyanın qurucusu; "Kantina Skënderbeu" şirkətinin keçmiş ortaq sahibi; Vlora rayonunun Dukat şəhərindəndir, 19 il həbs müddətinə məhkum edilmişdir.

Peter Arbnori

28 ildən çox həbs cəzası verilən məktəb müəllimi.

Başkim Şehu

Ailəsi Xoca rejimi tərəfindən edam edilən və ya həbs olunan Mehmet Shehunun oğlu, özü müəllif peşəsi sahibi idi. Mehmetin həyat yoldaşının qalıqları 2000-ci ildə Ndroq kəndi yaxınlığında tapıldı.

Fatos Lubonya

Albaniya milli televiziyasının keçmiş rəhbəri, 1960-cı ildə Albaniyanın SSRİ ilə əlaqələrinin bitməsi sonra rejimə qarşı çıxdığını dilə gətirdiyi üçün həbs olundu.

Sokrat Dodbiba

1943-44 illərində Albaniyanın keçmiş Maliyyə Naziri olan iqtisadçı, həbsxanada vəfat etmişdir.

Kristo Kirka

Vatra adlı Amerika Pan-Albaniya Federasiyasının Boston filialının başçısı, Dielli qəzetinin idarəçisi, Bali Kombetar antikommunist hərkatının üzvü. Həbsxanada vəfat etmişdir.

Populyar mədəniyyətdə

Devis Quggenhaymın "Pis oğlanlar həmişəlik" (ing. Bad Boys for Life) filminin ssenari layihəsi Burrel həbsxanasında başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR