Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Buraxılış imtahanından maksimum bal toplayan Surxay Hasilov: “Bunu gözləmirdim, şokdayam”

Buraxılış imtahanından maksimum bal toplayan Surxay Hasilov: “Bunu gözləmirdim, şokdayam”
Sakura

Buraxılış imtahanından maksimum bal toplayan Surxay Hasilov: “Bunu gözləmirdim, şokdayam”

"İmtahanda bu nəticəni göstərəciyimi gözləmirdim. Hazırda şokdayam".

Bu sözləri Azedu.az-a açıqlaması zamanı 7 apreldə keçirilən buraxılış imtahanlarında maksimum nəticə göstərən 2 nəfərdən biri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Surxay Hasilov deyib.

O, 12 mayda keçirilən qəbul imtahanlarında IV ixtisas qrupu üzrə iştirak edib:

"İmtahanda bu nəticəni göstərəciyimi gözləmirdim. Hazırda şokdayam. İmtahan normal keçdi. 700 bal toplayacağımı isə düşünmürəm. Çünki qəbul imtahanında həyəcanlı idim. Məqsədim həkim olmaqdır"

Qeyd edək ki, 11-ci sinif şagirdləri üçün 7 apreldə keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. 14, 21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR