Slimfit
  1. CƏMİYYƏT

Buranın məktəb olduğuna inanmayacaqsız — Hər an ölüm təhlükəsi var

Buranın məktəb olduğuna inanmayacaqsız — Hər an ölüm təhlükəsi var
Sakura

Buranın məktəb olduğuna inanmayacaqsız — Hər an ölüm təhlükəsi var

Abşeron rayon sakinin Fərəcullayev Əlihəsən Vəzir oğlu "Ölkə.Az"-ın redaksiyasına müraciət edib. Vətəndaş bildirir ki, nəvələri Abşeron rayonunun Əliquluqışlaq kənd orta məktəbində təhsil alır. Amma sözügedən məktəb nəinki təhsil almaq üçün yararsızdır, hətta adi sanitar tələblərə də cavab vermir:

"Uşaqlara konteynerdə, yarımtikililərdə dərs keçilir. İmkanı olan valideynlər taksi tutub, uşaqlarını başqa məktəbə göndərirlər. Bu məktəbin ayaqyolusu, hətta suyu da  yoxdur. Özüm birinci qrup əliləm, imkanım olsaydı, mən də nəvələrimi başqa məktəbə göndərərdim. İnanın ki, o məktəbdə uşaqlar hər an ölüm təhlükəsi ilə üz-üzədir".

Şikayətçinin sözlərinə görə, sözügedən məktəbdə Abşeron rayonu icra başçısının müavini də olub:

"İcra başçısının müavini Fuad müəllim gəldi, baxdı, məktəbin şəkillərini çəkdirdi və getdi. Amma hələ də məsələ həllini tapmayıb".

Məktəbin direktor əvəzi Minə Şirinova əməkdaşımızla söhbətində Əlihəsən Fərəcullayevin dediklərini təsdiqləyib:
"Təmir ediləcəyini söz verdilər. Şəraitimiz doğrudan da ağırdı, heç bir kommunal xətt işləmir. Ümid edirik ki, təmir ediləcək. Təkcə işığımız var, qışda qızdırıcılardan istifadə edəndə qısa qapanma yaranır. Binamızın yarısı konteyner, yarısı isə daşdandır".

Mövzunu diqqətdə saxlayacağıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR