Slimfit
  1. AZƏRBAYCAN

“Buran” adlı gömrük itindən uğurlu axtarış: qaçaq siqareti tapdı

“Buran” adlı gömrük itindən uğurlu axtarış: qaçaq siqareti tapdı
Sakura

“Buran” adlı gömrük itindən uğurlu axtarış: qaçaq siqareti tapdı

Gömrükdə qanunsuz ölkəyə gətirilən siqaretlər aşkarlanıb.

DGK-dan Oxu.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “VAZ-21144” markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə “Buran” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin salonunda və yük yerində 1000 ədəd “Marlboro” və 2000 ədəd “Parliament” markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR