Slimfit
  1. SİYASƏT

Bunun üçün İrəvana təzyiq edilməlidir - Ombudsman

Bunun üçün İrəvana təzyiq edilməlidir - Ombudsman
Sakura

Bunun üçün İrəvana təzyiq edilməlidir - Ombudsman

Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib.

"Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanmışdır.

İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olmuş və ya xəsarət almışdır.

Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir", - hüquq müdafiəçisi qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR