Bunun sayəsində büdcəyə ödəniş 2 milyard artdı - Mehdiyev
Hazırda xarici ticarət iştirakçılarına göstərilən elektron xidmətlərin sayı 15-i keçib.
Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışında deyib. O bildirib ki, Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub:
“Bu vəzifələrin içərisində xarici ticarət iştirakçıları üçün əlverişli şərait yaradılması mühüm yer tutur. Son iki ildə şəffaflığın təmin olunması, idarəçiliyin çevikləşdiriıməsi, elektron xidmətlərin sayının artırılması prioritetdir.
500 milyon dollar həcmində qaçaqmalçılıq malları aşkar edilərək götürülüb. Bunun əsas hissəsini narkotik vasitələr təşkil edib.
"Yaşıl dəhliz"in tətbiqilə bağlı həyata keçirilən proqramlar 8 milyard dolları əhatə edir”.
Onun sözlərinə görə, həyata keçirilən islahatlarda dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir:
“Dövlət qurumları korrupsiya, rüşvətin qarşısının alınmasında, şəffaflığın təmin edilməsində Dövlət Gömrük Komitəsinin yanında oldular. Nəticədə dövlət büdcəsinə daxilolmalar son 2 ildə 2 milyarda yaxın artdı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət