Bunu pisləyir, belə dəstəyi qəbul etmirəm - Mənsimov
Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, blogerlər, mənim və şirkətimin adından sui-istifadə edərək silsiləli verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq. Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verlişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır
Ens.az Bakipost.az-a istinadən xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında yayılanan xəbərlərə münasibət bildirərkən deyib:
"Mən bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun, nə vermişəm, nə verərəm, nə də bundan sonra verməyi düşünürəm. Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq.
Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim "Palmali" şirkəti və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq bizi alətə çevirməniz səhv addımdır.
Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət