Slimfit
  1. AZƏRBAYCAN

“Bunu azaltmaq və ya artırmaq mümkün deyil” - “Azərişıq” rəsmiləri suallara cavab verir

“Bunu azaltmaq və ya artırmaq mümkün deyil” - “Azərişıq” rəsmiləri suallara cavab verir
Sakura

“Bunu azaltmaq və ya artırmaq mümkün deyil” - “Azərişıq” rəsmiləri suallara cavab verir

Hazırda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəsmiləri son günlər sosial şəbəkələrdə əhalinin işıq sayğaclarının şübhəli sərfiyyat ödənişləri ilə bağlı narahatlığına dair sualları cavablandırmaq üçün mətbuat konfransı keçirir.

Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, qurumun sözçüsü Tanrıverdi Mustafayev və digər vəzifəli şəxslər şübhələri aydınlaşdırmaq üçün açıqlama verirlər.

Qeyd edək ki, ötən ayla eyni qaydada məişət avadanlıqlarından istifadə etdiyini bildirən abonentlər iyul ayında sərfiyyata görə ödənişin 2 və ya 3 dəfə artıq hesablandığını iddia ediblər. Hətta məzuniyyətə çıxdığı üçün ödəniş ayının bir çox günlərini evində olmayan şəxslərə də ötən ayla müqayisədə daha çox “işıq pulu” gəlib.

***

“Azərişıq” rəsmisi Araz Məmmədzadə bildirib ki, mexaniki və elektron sayğacların sərfiyyat hesablamasında fərq yoxdur: “Sadəcə mexaniki sayğaclar kobud, elektron sayğaclar həssas hesablama aparır. Azərişıq”ın quraşdırdığı sayğaclara yalnız fiziki müdaxilə mümkündür ki, onu sındırmaq olar. Amma sayğacın yaddaşına kənar müdaxilə mümkün deyil. Yaddaşda cərəyanın, gərginliyin ən aşağı və pik hədləri qeydə alınır. Biz müraciətlərə əsasən sayğacları yoxladıq, qüsurlu işləyən sayğac aşkar edilmədi. Sadəcə olaraq sayğac keçən elektrik enerjisini hesablayır. Sayğaclarda elektrik enerjisinin miqdarını azaltmaq və ya artırmaq mümkün deyil. İstənilən sayğacın saxlanma blokunun sirləri həm enerji təchiz edən qurum, həm də abonentlər üçün bağlıdır. Bu, yalnız sayğac istehsal edən qurumda var. Onlar da heç bir tərəflə bu məlumatları paylaşmırlar".

Araz Məmmədzadə

A. Məmmədzadə qeyd edib ki, sayğacın tarif rejimini dəyişmək olar, amma kənar müdaxilə etmək mümkün deyil: "Abonentlər 1 saat ərzində istifadə etdikləri avadanlıqlara uyğun hesablama apararaq sayğacda onu yoxlaya bilərlər. Smart sayğaclarda bu gün iddia olunan hallar qeydə alınmayıb. Çünki həmin abonentlər öz sərfiyyatına nəzarət edə bilirlər".

Eneji satışı departamentinin vəzifəli şəxsi Vüqar Nəbibəyli qeyd edib ki, sayğaclar oflayn rejimdə olduğu üçün abonent sayğaca enerji istehsalçıdan daha yaxındır: “Abonentlərin narahatlığı tam əsassızdır. Bunun səbəbi evlərində quraşdırılan məişət avadanlıqlarının gücündədir. Kondisionerlərin üzərində 1 saat ərzində neçə kilovatt enerji istehlak etdiyi qeyd olunub. Ona əsasən abonentlər hesablama aparıb sayğacda qeyd olunan sərfiyyatla müqayisə edilə bilər. Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə 1 ay ərzində 70 manata başa gəlir. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır: Həmin avadanlıqların üzərində temperatur intervalı var. Orada qeyd olunur ki, məsələn 25-30 dərəcədə bu avadanlıq 1 saat ərzindı 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehsal edə bilər. Çünki avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir".

Tədbirdə ekspertlər Osman Gündüz, İlham Şaban, Fuad Məmmədzadə də iştirak edib.

***

Osman Gündüz bildirib ki, sosial şəbəkədə yazdığı fikirlərin üstündə qalır: “Müdaxilə olması ilə bağlı şübhələrin günü gündən artır. Çünki başqa ölkələrdə belə hallar olub. “Azərişıq”ın abonentlər üçün yetərincə şəffaf mühit yaratmaması şübhələri artırır. Mən özüm də bizə gələn bildirişi görəndə təccübləndim, sonar feysbukda yazılanları görəndə bildim ki, burada nəsə var. Sizin “billing sistemi” olan otağa bir adam girib işləyə bilər, amma belə olmamlıdır. Çünki dünya standartlarına görə həmin sistem minimum 3 nəfər olanda işə düşməlidir. Sizin təlimatda isə bu qədər nəhəng sistemin 1 nəfərin işə sala bilməsi şübhələri daha da artırır".

Proqram departamentinin əməkdaşı Vüsal İsayev bildirib ki, “Azərişıq”ın “billing sistemi” lokal olaraq işləyib: “Bizim sistemi 1 adam girsə də, onun orada hansı əməliyyatlar aparması qeyd olunur. Amma sistemə heç bir müdaxilə edə bilməz”.

 

Murad Əhməd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR