Slimfit
  1. MƏDƏNİYYƏT

Bunları evdə təkrarlamayın: Ceki Çanın ən çılğın və təhlükəli fəndləri

Bunları evdə təkrarlamayın: Ceki Çanın ən çılğın və təhlükəli fəndləri
Sakura

Bütün filmləri komediyaya meyilli döyüş səhnələrinə fokuslanmışdı.

Ceki Çanın kaskadyorluq fəaliyyətini yaxından araşdırdıqda, Honkonqun bu görkəmli sakininin məşhur olduğu zədələrinin əksəriyyətinin nisbətən sadə kaskadr səhnələrində aldığı , ən təhlükəli və təsir edici səhnələrin çəkilişi zamanı isə nisbətən yüngül qanamalarının olduğu ortaya çıxır. Bir mənada bu başa düşüləndir, səhnə nə qədər mürəkkəbdirsə, onun icrasına daha diqqətli və təmkinlə yanaşırsan , “sadə” bir şey daha sürətli çəkilir və nəticədə çox vaxt səhvlərə yol açır. Digər tərəfdən, Cekin zədələnmələrinin sayı, bu qədər çox ikonik stunt səhnəsi olmasaydı, kimsəni narahat etməzdi.

"Mən kiməm?" filmindən bir səhnə

Layihə "A" ( Project A) 1983 , rejissor Ceki Çan

1983-cü ilə qədər Ceki Çan onsuz da aksiyon komediyasının kralı idi, amma "Sərxoş usta" filmindən başlayaraq onun bütün filmləri komediyaya meyilli döyüş səhnələrinə fokslanmışdı. Sammo Xunqun da daha az uğurla bənzər işi etdiyini söyləməyə dəyər. Lakin 1983-cü ildən başlayaraq, Ceki döyüş səhnələrinə o dövr üçün görünməmiş fəndlər əlavə etməyə başladı, bunun sayəsində Sammo deyil, məhz o, aksiyon komediyasının əsas ulduzu oldu.

Polis hekayəsi (Police Story), 1985, rejissor - Ceki Çan

Bu gün də heyranlıq və suallar oyatmağa qadir olan 80-ci illərin mükəmməl Honkonq döyüş filmi: "Bunu necə çəkiblər?" Cavab: əlləri, ayaqları və digər bədən hissələri ilə. Borudan aşağı sürüşdükdən sonra Çan bir neçə yanıq, kürək nahiyəsində zədə və digər yüngül və orta dərəcəli xəsarətlər almışdı.

Polis hekayəsi 2 (Police Story 2), 1988, rejissor - Ceki Çan

"Polis hekayəsi 2" ilk hissəsi qədər fəndləri ilə məşhur deyil, amma hərəkətdə olan bir avtobusun damından tullanma səhnəsi heyrətləndirir.

Polis hekayəsi 3 (Police Story 3. Supercop), 1992 -ci il, rejissor - Stenli Tonq

Müfəttiş Çanın sərgüzəştlərinin üçüncü hissəsi də ənənəni davam etdirdi. Cekin ən təhlükəli və təsiredici fəndlərindən olan vertolyotdakı uçuşunu görməməzlikdən gəlmək olmaz.

Sərxoş usta 2 (Drunken Master 2), 1994, rejissor - Ceki Çan

Çanın aksiyon xoreoqrafiyasının zirvəsi. Film çıxdıqda Cek 40 yaşında idi və "Sərxoş usta 2 " bir növ dönüş nöqtəsi oldu, bundan sonra Çanın filmləri daha sadə  oldu. Filmin son döyüş səhnəsində Çan beş nöqtəsiylə yanan kömürlərin üzərinə düşür. Əlbəttə ki, o, yanıqlarsız ötüşə bilmədi. Səhnə, 2: 25-ci dəqiqədən sonra başlayır.

İlk zərbə (First Strike), 1996, rejissor - Stenli Tonq

"Polis hekayəsi" franşızasının dördüncü və yarı rəsmi filmi, sələfləri qədər təsirli deyil. Ancaq bu, "İlk zərbə" filmində baxılacaq bir şey olmadığı mənasını vermir. Fəndlərdən, Çanın snoubordda vertolyota çırpıldığı səhnə vurğulanmalıdır.

Mən kiməm? (Who am I ?), 1998, rejissorlar - Ceki Çan, Benni Çan 

Çanın, tamaşaçıları ağılagəlməz fəndlərlə təsirləndirməyı qarşısına məqsəd qoyduğu son filmlərindən biri. Əlbəttə ki, söhbət, Çanın göydələnin divarı boyunca sürüşdüyü səhnədən gedir.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR