Slimfit
  1. SİYASƏT

“Bundan sonra heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz”

“Bundan sonra heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz”
Sakura

“Bundan sonra heç bir erməni nəzarətdənkənar Qarabağa gələ bilməz”

"Bu gündən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ piyada üçün cığır da yoxdur. Hər yer şanlı ordumuzun tam nəzarəti altındadır".

"Qafqazinfo" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sosial media hesabında paylaşıb.

O bildirib ki, bu körpü Laçın-Xankəndi yolunda deyil, Laçın şəhərindən təxminən 10 km (hava xətti ilə) cənubda yeni tikilən yoldadır:

"Bəziləri ekoaktivistlərin Şuşa yaxınlığında aksiya keçirdiyi yolu bu körpü ilə qarışdırırlar. Ekoaktivistlərin olduğu yola Şuşa rayonu ərazisində alternativ yollar və cığırlar var. Amma həmin yol və cığırlar Laçın rayonu ərazisinə çatanda, bax bu körpünun Şuşa tərəfində təxminən 7-8 km məsafədə birləşir, Qərbi Zəngəzura yeganə mümkün keçid bu körpüdür".

Ekspertin fikrincə, körpü yaxınlığında NBM olması o deməkdir ki, bundan sonra heç bir erməni və ya başqa şəxs, heç bir nəqliyyat vasitəsi nəzarətdənkənar Qarabağa gələ və ya oradan gedə bilməz:

"Bu NBM yəqin ki, Naxçıvana Zəngəzur dəhlizi açılması işinə də ciddi təkan verəcək... Hər bir halda çox uğurlu bir addımdır".

 

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR