Slimfit
  1. CƏMİYYƏT

Bulvarda bir sıra obyektlər işləməyəcək

Bulvarda bir sıra obyektlər işləməyəcək
Sakura

Bulvarda bir sıra obyektlər işləməyəcək

Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək. 

Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. 

Bildirilib ki, Dənizkənarı Milli Park ərazisindəki kafe və restoranlar operativ qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək.

Vurğulanıb ki, idarə bu məsələləri xüsusi nəzarətdə saxlayacaq.

Qeyd edilib ki, parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. 

Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR