Dərc edildi: Baxış sayı: 2382
Ölkə: İran
Bükan (fars بوکان) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi.
Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir.
2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var[1] - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır.
Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət