Dərc edildi: Baxış sayı: 1180
Builki Qurban bayramı ötənilki bayramlara oxşamaya bilər
Azərbaycanda qarşıdan gələn Qurban bayramı ilə əlaqədar ayrıca Tədbirlər Planı hazırlanır.
Ens.az AzEdu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
"Tədbirlər Planı barədə məlumat veriləcək. Builki bayram ötənilki bayramlara oxşamaya bilər, çünki koronavirus şəraitindəyik. Amma yeni reallığa uyğunlaşmalıyıq. Hər halda istəmirik ki, bayram əhval-ruhiyyəsi itsin", - deyə o, qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət