Slimfit
  1. CƏMİYYƏT

Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı

Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı
Sakura

Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı

Bu il I və IV qrup üzrə ali məktəbə qəbul imtahanlarının nəticələrini ötən illə müqayisə etmək doğru deyil. Çünki bu il qəbul imtahanları fərqli qaydalarla keçirilib.

Bu sözləri təhsil ekspertlərinin builki qəbul imtahanlarının nəticələrinin ötən illə müqayisədə çox aşağı olması barədə fikirlərinə cavab olaraq Axar.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov deyib. O bildirib ki, I və IV qrup imtahan ballarının intervallar üzrə fərqliliyi ümumi nəticələrin aşağı olması demək deyil:

“DİM-in “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitində abituriyentlərin topladıqları balların intervalı göstərilib və bu intervala görə nəticələrinin aşağı olmasını söyləmək olmaz. Ümumiyyətlə isə nəticələrin ötən illə müqayisəsi düzgün deyil. Çünki bu il imtahan modeli dəyişib. Abituriyentlər kurikulum əsasında tədrislərini başa vurublar və imtahanlar fərqli qaydalarla keçirilib. Buna görə də builki nəticələrlə ötənilkini müqayisə etmək yanlışdır”.

Qurum rəsmisi onu da bildirib ki, imtahan nəticələrindən sonra hər bir test tapşırığı DİM-in seminarlarında müzakirə olunur:

“Orta məktəbdə dərs yükünün ağırlığı Dövlət İmtahan Mərkəzinin baxdığı məsələ deyil. Tədrisin təşkili, proqramı Təhsil Nazirliyi ilə bağlı məsələdir.

Hər bir imtahanda həm asan, həm orta, həm də çətin tipli tapşırıqlar olur. Test blokundan hər 3 səviyyədə tapşırıqlar salınır və heç biri də dərs proqramından kənar deyil. Hər il imtahan nəticələri müəyyən olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabr ayından etibarən elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda hər bir tapşırıq, onlara abituriyentlərin necə cavab verməsi və digər məsələlər müzakirə olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR