Slimfit
  1. İQTİSADİYYAT

Bugünkü hərrac: 10 dövlət əmlakına 13 sifariş verilib

Bugünkü hərrac: 10 dövlət əmlakına 13 sifariş verilib
Sakura

Bugünkü hərrac: 10 dövlət əmlakına 13 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən bugünkü hərracda 10 dövlət əmlakına 13 sifariş verilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasının ümumi faydalı sahəsi 248,8 kv.m-dir.

Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edildi. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının 3 saylı Qızıldaş sexi də iştirakçılar tərəfindən özəlləşdirildi.

 

Qeyri-yaşayış sahələri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki obyekt xidmət sahəsi üzrə gəlirli fəaliyyətə imkan verəcək. Ümumi faydalı sahəsi 57,8 kv.m olan bu dövlət əmlakının hərracında 15 min manat təklif edən iştirakçı qalib elan edildi. Hərracda özəlləşən qeyri-yaşayış sahələrindən biri də Xətai rayonu, N.Tusi küçəsində yerləşir. Ümumi faydalı sahəsi 50,4 kv.m olan obyektin hərracda son satış qiyməti 9 min manat oldu.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 4-ü kənd klublarıdır. Bunlara Göygöldəki Hacıməlik və Danayeri kənd klubları, Lənkərandakı Daşdaleqjar və Velədi kənd klubları aiddir.
Keçirilən hərraclarda biznes ideyasını reallaşdırmaq istəyənlər üçün uyğun imkanlar yaradılıb. Elektron hərrac sistemi vasitəsilə özəlləşdirmə prosedurlarında hər kəs vaxtına qənaət edərək iştirak edə bilər. Belə ki, evdən, ofisdən və internetin olduğu bütün məkanlardan prosesə onlayn formada qoşularaq əmlak sahibi olmaq olar.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 16 oktyabr tarixində baş tutacaq. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR