Dərc edildi: Baxış sayı: 403
Buffon gələcək karyerası ilə bağlı qərar verib
İtaliyanın “Yuventus” komandasının qapıçısı Canluici Buffon karyerasını başa vurmağa hazırlaşmır.
“Report” “Tuttosport”a istinadən xəbər verir ki, gələn il yanvarın 28-də 42 yaşı tamam olacaq qapıçı növbəti mövsümdə də Turin təmsilçisinin heyətində yer almaq istəyir.
Ötən mövsüm Fransa PSJ-sində çıxış etmiş Buffon 1 illik fasilədən sonra “Yuventus”a dönsə də, əsas heyətə düşə bilmir. Lakin təcrübəli qapıçı Voytsex Şensnının əvəzləyicisi olmasını özü üçün problem hesab etmədiyini bildirib.
Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə “Yuventus”a “Parma”dan keçib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət