Slimfit
  1. İQTİSADİYYAT

Budəfəki hərracda 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

Budəfəki hərracda 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib
Sakura

Budəfəki hərracda 15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 16-da növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilib. Rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada verib. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirildi.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir. İlkin qiymət 3 min manat təyin olunmuş dövlət əmlakının ümumi faydalı sahəsi 28,6 kvadratmetrdir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirilib. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir. Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125,2 kvadratmetrdir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirilib.

Budəfəki özəlləşdirmə hərracında rəqabət nəqliyyat vasitələri üçün də xarakterikdir. Belə ki, hərracda 10 nəqliyyat vasitəsi üzrə 41 sifariş verilib. Buraxılış ili 2007-ci il olan “Nissan Sunny” markalı avtomobil üçün ilkin qiymət 4 min manat təyin olunub. İştirakçılar arasında mübarizə dövlət əmlakının son hərrac qiymətini 7 min 200 manata yüksəldib. Fəal iştirak şəraitində özəlləşdirilən digər avtomobillərdən biri də “Mercedes Benz” markasına aiddir. Bu nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 7 min manat olsa da, avtomobil 11 min manat təklif edən şəxs tərəfindən özəlləşdirilib. “Mitsubishi”, “Hyundai”, “Nissan” və “BMW” markalarından olan digər nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2008-ci illərdir. Bu avtomobillər isə əksəriyyəti rəqabət şəraitində olmaqla 4 min 500 manat ilə 11 min 800 manat aralığında təklif olunan qiymətlərə özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 23-də keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR