Slimfit
  1. İQTİSADİYYAT

Budəfəki hərraca 93 dövlət əmlakı çıxarılıb

Budəfəki hərraca 93 dövlət əmlakı çıxarılıb
Sakura

Budəfəki hərraca 93 dövlət əmlakı çıxarılıb

Budəfəki özəlləşdirmə hərracına ümumilikdə 93 dövlət əmlakı çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitənin keçirdiyi müasir hərraclar vətəndaşların dövlət əmlaklarının özəlləşdirilməsi prosesində rahat iştirakını təmin edir. Cəlbedici əmlakların hərraca çıxarılması ilə hər kəs ərazi, ümumi faydalı sahə, torpaq sahəsi və digər kriteriyalar üzrə seçim edərək özəlləşmədə iştirak ediblər.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac aprelin 9-da keçiriləcək. Budəfəki özəlləşdirməhərracında iştirak etmək istəyənlərin ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 15-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 6-sı qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 35-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılmış kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7,5 kvadratmetr ilə 9,2 min kvadratmetr arasındadır. Onlar arasında yüksək iqtisadi potensiallı və investorlar üçün maraqlı ola biləcək kifayət qədər dövlət əmlakları var. Misal olaraq, Şabranda Dəvəçi mehmanxanasını, Lənkəranda “Mexaniki Təmir Zavodu”nu, Goranboyda “Yardımçı təsərrüfatı” və digərlərini göstərmək olar. Astaradakı kinoteatr fəaliyyətini xidmət sahəsində qurmaq istəyən sərmayəçilər üçün maraqlı əmlakdır. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən bu dövlət əmlakının ümumi faydalı sahəsi 442,6 kvadratmetrdir. Obyekti özəlləşdirmək istəyən şəxs ondan həm hazırkı, həm də seçdiyi digər biznes sahəsi üzrə fəaliyyətdə gəlir əldə edə bilər.

Bərdə, Şirvan, Lənkəran, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Əli Bayramlı Kəndnəqliyyat”, “Lənkəran Taxıl” kimi səhmdar cəmiyyətlərin 30-45 faizlik səhm paketləri çıxarılıb.

Qeyri-yaşayış sahələrinə gəldikdə isə onların ümumi faydalı sahəsi 22,2 kvadratmetr və 176,7 kvadratmetr arasındadır. Xidmətvə ofis obyekti kimi istifadə imkanlarına malik bu növ dövlət əmlakları Bakı və Gəncə şəhərlərində yerləşir. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsiisə paytaxtın Nizami rayonu, Ə.Vəliyev küçəsindədir.

Avtomobil sahibi olmaq istəyənlər seçimini hərraca çıxarılan nəqliyyat vasitələri üzrə edə bilər. “Daewoo” və “Man Lion” markalarına aid avtomobillərin buraxılış tarixləri 2008-2009-cu illərdir. Bu növ dövlət əmlaklarının ilkin hərrac qiymətləri 6 min 750 manat ilə 12min 500 manat arasındadır.

Təşkil olunan özəlləşdirmə hərraclarına qoşulmaq istəyənşəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) seçim, elektron sifariş prosedurlarını yerinə yetirə bilər. Hər kəsin keçirilən hərraclarda canlı və onlayn formada iştirak imkanı var. Belə ki, iş, ev və yadigər məkanları tərk etmək imkanı olmayan vətəndaşlar hərraca onlayn formada qoşularaq, seçdiyi dövlət əmlakını virtual məkandan özəlləşdirə bilər.

Hərraclarla bağlı sualı olan vətəndaşlar komitənin rəsmisaytı və Özəlləşdirmə portalındakı onlayn məsləhət pəncərəsinə, komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və “193” Çağrı mərkəzinə müraciət edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR