Büdcə təşkilatları pulları nəyə xərcləyib və bundan ən çox kimlər qazanıb?
2018-ci ilin noyabr ayında büdcə təşkilatları 258,93 milyon manatlıq satınalma həyata keçiriblər ki, bu da 2018-ci ilin 11 ayının ən yüksək göstəricisi olub.
“Finans.az”ın araşdırması göstərir ki, hesabat ayında toplam olaraq 477 ədəd satınalma müqaviləsi bağlanıb.
Noyabrdakı satınalmaların ümumi həcminin 54%-i BNA-nın həyata keçirdiyi bir satınalmanın payına düşür. Belə ki, qurum 300ədəd avtobusun alınmasına 141,801 mln. manat xərcləyib. Baş tutan 477 tenderin təkcə 8-nin payına bütün satınalmaların ümumi həcminin 76%-i düşüb. Belə ki, 196,8 mln. manat büdcə vəsaiti müvafiq olaraq 300 avtobusun alınmasına, "Çovdar Filiz Emalı" Sahəsində tikinti işlərinə, "Azərişıq" üçün akkumulyatorların, xüsusi geyim dəstlərinin, müxtəlif elekrik mallarının və mal-materialların alınmasına, "Abşeron Rayon Mərkəzi Xəstəxanası"nın tikintisinin davamına xəclənib.
Aşağıdakı infoqrafikada hesabat ayında ən çox büdcə vəsaiti xərcləyən təşkilatlar və bu satınalmalardan ən çox qazanan şirkətlər haqda detallı məlumat verilib:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət