“Büdcə” iPhone (2018) modelinin özəllikləri açıqlandı
Əslində bu çərçivəsiz dizaynla olan iPhone 7-dir.
Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, proqramçı Gilyermo Rembo (Guilherme Rambo) Xcode proqramlaşdırma mühitində 6,1 düymlü iPhone 9 haqqında istinadlar aşkar edib ki, bu da Apple-dən növbəti “büdcə” təklifi ola bilər.
Bu, bir daha modelin real olmasından və onun tezliklə buraxılacağından xəbər verir. Xcode 10-da iPhone9,7 identikifatoru ilə iPhone xx ayarı nəzərdə tutulub. Ehtimal ki, bu operatorlarda N84 modeli kimi adı keçən ucuz iPhone 9-dur.
Xcode-dan olan məlumatlara əsasən smartfon A10 prosessoru və DCI-P3 displeyi əldə edib. Göründüyü kimi, smartonun aparat təminatı daha müasir dizaynla tərtib edilmiş iPhone 7-ə oxşayacaq.
İlkin məlumatlara görə smartfon nazik çərçivəli LCD-ekran, Face ID funksiyası dəstəyi və 3QB əməli yaddaş əldə etməlidir. Həmçinin şayələrə əsasən iki SIM kart dəstəyi mümkündür.
Xatırladaq ki, 2018-ci ildə Apple 5,8 düymlü diaqonallı OLED displey ilə təchiz olunmuş iPhone X, 6,5 düymlü OLED ekranlı böyük model iPhone X Plus, həmçinin 6,1 düym diaqonallı LCD ekranla təchiz olunacaq ucuz iPhone təqdim etməlidir. Yeni iPhone modellərinin təqdimatı 12 sentyabr tarixində baş tutmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət