Dərc edildi: Baxış sayı: 558
Bu yol yalnız iki ölkənin deyil... - Putin
Açılış mərasimində iştirak edən hər kəs yalnız Rusiya və Türkiyə üçün deyil, Avropa üçün də mühüm hadisənin şahididir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Türk axını" kəmərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə bildirib.
O, layihənin Rusiya-Türkiyə strateji əməkdaşlığının inkişafının nümunələrindən biri olduğunu deyib. Qeyd edib ki, son zamanlar dünyada baş verən hadisələrə baxmayaraq, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir:
“Hazırda Rusiya təbii qazı yeni marşrutla Türkiyəyə nəql olunacaq. Bu yol yalnız iki ölkənin iqtisadiyyatına deyil, digər dövlətlərə də öz müsbət təsirini göstərəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət