Dərc edildi: Baxış sayı: 592
Bu xurmanı çox yeməyin, ölüm təhlükəsi var- Həkimlər açıqladı
Hazırda yapon xurması deyilən xurma mövsümüdür. Onun cana faydaları sonsuzdur. Ona görə insanlar bol-bol yeməyə çalışır.
Medicina.az xəbər verir ki, həkimlər bu xurmanı çox yeməyin ciddi fəsad yaradıb, hətta əməliyyata səbəb olması barədə xəbərdarlıq edib.
Belə ki, bu ilin fevralında Moskvada bir kişi çox xurma yeməsi səbəbindəm bağırsağından təcili əməliyyat olunub. Yaşlı kişi o qədər xurma yeyib ki, mədəsində fitobezoar adlı yad kütlə əmələ gəlib. Xurmada olan liflər həll olmayaraq mədədə qalaraq yığılmış, nazik bağırsaqdan keçə bilməmişdi. Kişidə dəhşətli ağrı, bağırsaq keçməməzliyi, mədədə ağırlıq yaranmışdı.
Eyni hal 2 xəstədə də təkrarlanıb.
Səbəb nədir?
Xurmada çox sayda kobud bitki lifləri və taninlər vardır. Onlar yığıcı, büzücü xassəlidir. Mədənin turş mühitində o polimerizasiya olunur və gel formasında kütlə əmələ gəlir.
Fibezoarlar adətən mədədə mey-tərəvəz liflərindən, sellülozadan, toxum, tum, qabıqlardan yaranır.
Bir fibezoarın yaranması üçün 3 ildən 10 ilə kimi vaxt tələb olunur.
Hələ tam yetişməmiş, ağız büzən sarı xurmada daha çox lif olduğu üçün risk də yüksəkdir. Xüsusilə azyaşlı uşaqların mədə-bağırsağı üçün təhlükəlidir.
Böyük insan gündə 120 qramdan artıq xurma yeməməlidir. Gecə isə xurma yemək olmaz. Uşaqlara isə bir dilim yetişmiş xurma kifayətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət