Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu xəstəliyi olanlar hər gün sarımsaq yeməlidir

Bu xəstəliyi olanlar hər gün sarımsaq yeməlidir
Sakura

Bu xəstəliyi olanlar hər gün sarımsaq yeməlidir

Sarımsaq çox faydalı tərəvəzdir. Sarımsaq ürəyin fəaliyyətini yaxşılaşdırır, bəzi xərçəng növlərinin, metabolik sindromunun riskini azaldır.

Mütəxəssislərin fikrincə, bəzi xəstəliklər zamanı sarımsaq müalicəvi təsir edir və bu xəstəlikləri və pozulmaları olanlar sarımsağı müntəzəm olaraq yeməlidir. Təbii ki, söhbət 1-2 diş sarşmsaqdan gedir. Çoxlu miqdarda bu tərəvəzi yemək olmaz.  

Beləliklə, hansı xəstəliklər zamanı sarımsaq təbii dərman kimi təsir edir?

Diabet xəstəliyi olanlar da tez-tez sarımsaq yeməlidir. ABŞ alimləri aşkar ediblər ki, sarımsağın tərkibində olan allisin qanda şəkəri tənzimləməyə yardım edir.

İnsan yaşlaşdıqca onun sümük toxuması tədricən azalmağa (əriməyə) başlayır. Bunun nəticəsində osteoporoz xəstəliyi inkişaf edir. Osteoporoz gizli inkişaf edən təhlükəli xəstəlikdir. Osteoporozdan əziyyət çəkən insanlarda hətta yüngül travma və ya yıxılma nəticəsində  sümüklər sına bilər. Araşdırmalar göstərib ki, sarımsağı müntəzəm olaraq yeyən yaşlı insanlarda osteoporoz daha ləng inkişaf edir.

Alimlər aşkar ediblər ki, sarımsaq vaxtından tez doğuşun riskini azaldır.

Araşdırmalar göstərib ki, sarımsaq qaraciyər üçün çox faydalıdır və hətta spirtli içkilərin qaraciyərə olan mənfi təsirini azaldır, qaraciyərin hüceyrələri olan hepatositləri müxtəlif ziyanlı maddələrdən qoruyur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR