Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu xəstəliklərdən əziyyət çəkənlərin diqqətinə

Bu xəstəliklərdən əziyyət çəkənlərin diqqətinə
Sakura

Bu xəstəliklərdən əziyyət çəkənlərin diqqətinə

Yuxarı tənəffüs yolları xəstələri, xüsusilə ağciyər xəstələri COVİD–19 virusunun yüksək risk qrupuna daxildirlər.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a bildiriblər ki, belə şəxslərin immun sisteminin güclü olması, xəstəliklərin profilaktikası zamanı onların düzgün və balanslı qidalanması olduqca vacibdir. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.

Hər il qeydə alınan müxtəlif qrip epidemiyalarına əsasən A və B virusları səbəb olur. C tipli qrip virusu geniş epidemiyalar törətmir. Epidemiyalar adətən payız-qış mövsümündə qeydə alınır. Genetik strukturları daim dəyişən qripin yeni növləri əmələ gəlir. Ona görə də əhalinin onlara qarşı immuniteti olmur. Xəstəliyin risk qruplarına yaşı 1-dən aşağı, 65-dən yuxarı olanlar, ağciyərlərin immundefisitli halları olanlar, xronik ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, şəkərli diabet xəstəliyinə tutulanlar, hamilə qadınlar və s. daxildir.

Balanslaşdırılmış qidalanma yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlarda həm xəstəliyin profilaktikasında, həm də müalicəsində mühüm əhəmiyyət kəsb edir. Belə xəstəliklərdən əziyyət çəkən insanlara tərkibində C, D və E vitaminləri, antioksidantlar, minerallar, yağ turşuları ilə zəngin olan qidalardan istifadə etmək məsləhət görülür. C vitamini ilə zəngin olan qidalar itburnu, qara qarağat, çaytikanı, sitrus meyvələridir. C vitamini immun sisteminin möhkəmləndirilməsi, soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanın tezləşdirilməsi kimi bir çox faydalı xüsusiyyətləri var.

D vitamini ilə zəngin olan qida məhsullarına süd və süd məhsulları, balıq və balıq yağı, yumurta, qaraciyər, yulaf və s. daxildir. D vitamini immun sistemi və sümük-əzələ sistemini gücləndirərək orqanizmin xəstəliyə qarşı olan müqavimətini artırır.

E vitamini ilə zəngin olan qidalar badam, qoz, yer fıstığı, fındıq və quru paxlalı bitkilər hesab olunur. Bu qidalar ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə).

Yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlar gün ərzində bədən çəkilərinə uyğun olaraq maye qəbul etməlidirlər. Bu, zəhərləyici maddələrin orqanizmə təsirinin azaldılması üçün məsləhət görülür. Tərkibi kalsium, dəmir, sink ilə zəngin olan qidaların, qatığın gündəlik qəbulu tövsiyə olunur.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR