Dərc edildi: Baxış sayı: 707
Bu xəstəliklərdə çuğundur yemək təhlükəlidir
Həkimlər çuğundurun bir sıra xəstələrə əks göstəriş olduğunu bildirib. Bu tərəvəz nə qədər faydalı olsa da, bəzi xəstəlikləri kəskinləşdirir.
Medicina.az çuğundurun kimlərə qadağan olunmasını təqdim edir.
- Qastriti, mədə xorası olanlara çiy çuğundur olmaz.
Çuğundur turşuluğu artırır, mədə-bağırsaqda spazm verib, ishal yaradır
- Şəkər xəstələri – çuğundurda çox miqdarda şəkər var.
- Sidik kisə və böyrək daşı olanlar
- Oynaqlarında şişkinlik və iltihab, artroz, artrit olanlara da olmaz, çünki iltihabı artıra bilər
- Böyrək çatışmazlığı olanlara – şişkinlik yaradır
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət