Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu xəstəlik insan ömrünü 9-12 İL qısaldır

Bu xəstəlik insan ömrünü 9-12 İL qısaldır
Sakura

Bu xəstəlik insan ömrünü 9-12 İL qısaldır

Bu gün morbid piylənmə dünya əhalisi arasında ən geniş yayılan xəstəliklərdən biridir. Bununla yanaşı, piylənmə həm də cəmiyyətin çox ciddi tibbi, sosial və iqtisadi probleminə çevrilib.

Beynəlxalq Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, yer kürəsində 1,7 milyard insan artıq çəkidən əziyyət çəkir və proqnoza görə 2025-ci ildə patoloji piylənmə ilə xəstə olanların sayının 2 dəfə artması ehtimal olunur.

Bununla bağlı Ailem.az-a danışan tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının II cərrahi xəstəliklər kafedrasının assistenti, bariatrik cərrah Elçin Abdinov deyir ki, morbid piylənmə bir sıra xəstəliklər üçün yüksək risk amilidir. Belə ki, xəstəliyin əhali arasında sürətlə artması, ictimai sağlamlığa təhlükə yaratması və digər xəstəliklər üçün yüksək risk amilinə çevrilməsi morbid piylənmənin aktuallığından xəbər verir: “Bu patologiya metabolik sindromla müştərək olduqda, həyat üçün daha real təhlükə yaradır. Patoloji piylənmə qadın ömrünü 9 il, kişi ömrünü isə 12 il qısaltmış olur, qəfləti ölüm ehtimalını artırır, həyat keyfiyyətini aşağı salır, əmək qabiliyyətini azaltdığından əlillik faizini yüksəldir”.

 

E. Abdinovun sözlərinə görə, morbid piylənmə bir sıra xəstəliklərin təkanverici amili hesab olunur. Bunlar sırasında aşağıdakıları qeyd etmək olar: "Ürək-damar sistemi xəstəlikləri içərisində insan həyatı üçün daha çox təhlükə yaradan ürək çatışmazlığının inkişafında da morbid piylənmənin rolu danılmazdır. Eyni zamanda tromboemboliya, venaların varikoz genişlənməsində də morbid piylənmə vacib rol oynayır. Tənəffüs sistemində morbid piylənmənin nəticəsi olaraq təngnəfəslik, ağır hallarda isə tənəffüs çatmazlığı, yuxu apnoesi, astma inkişaf edir.
Mədə bağırsaq sisteminin bir sıra geniş yayılmış xəstəliklərinin, o cümlədən qastroezofaqeal reflyuks, qıcıqlanmış bağırsaq sindromu, qaraciyərin qeyri alkoqol piylənməsi və s. genezində morbid piylənmə vacib rol oynayır.

Endokrin sistemində də baş vermiş bir sıra xəstəliklər (insulinə davamlılıq, II tip şəkərli diabet, sonsuzluq, yumurtalıqların polikistozu, dislipidemiya və s.) ən çox morbid piylənməsi olan insanlar arasında baş verir.

Kəllədaxili hipertenziya, insult, depressiya və sinir sisteminin bir sıra xəstəlikləri morbid piylənməsi olan insanlar arasında daha tez-tez təsadüf edir.

Morbid piylənmənin sayəsində daha çox patoloji prossesə uğrayan sistemlərdən biri dayaq-hərəkət sistemidir.

Sidik cinsiyyət sistemində bir çox xəstəliklərinin inkişaf amilləri içərisində morbid piylənmə ön sırada durur.

Dəri örtüyündə olan sellyulit, irinciklər, ödem, limfostaz, tərləmə və s. hallar morbid piylənmə üçün xarakterikdir. Belə xəstələrdə cərrahi əməliyyatdan sonrakı dövrlərdə də dəri yarasının sağalmasında problemlər yaranır.

Aparılan tədqiqatlar nəticəsində belə bir qənaətə gəlinmişdir ki, morbid piylənmə onkoloji xəstəliklər üçün də zəmin yaradıcı amildir. Belə ki, morbid piylənməsi olan insanlar arasında endometriyanın, süd vəzilərinin (xüsusilə klimakterik dövrdə), böyrəklərin, öd kisəsinin, bağırsaqların, mədəaltı vəzin, prostat vəzinin bəd xassəli şişlərinin inkişaf etmə ehtimalı daha yüksəkdir.

Bariatrik cərrah Elçin Abdinov qeyd edir ki, bədən kütləsinin artmasının yaratdığı digər mühüm problem də var. Bu da morbid piyləmənin diyetoterapiyaya, eləcə də konservativ terapiyaya tabe olmamasıdır: “Morbid piylənməyə düçar olmuş xəstələrdə medikomentoz terapiya ümüdverici nəticə versə də davamlı olmur, 95 - 98% hallarda dərman müalicəsi nəticəsiz qalır və müəyyən vaxtdan sonra xəstələr yenidən piylənməyə başlayır”.

 

Son məlumatlara əsasən, ABŞ-da ildə 700 min, Avropada isə 1 milyon ölümün səbəbi morbid piylənmədir. Qeyd edək ki, morbid piylənmə bədən çəki indeksi 40-dan böyük olan üçüncü növ piylənmə növüdür. Bu zaman mədəkiçiltmə əməliyyatı yaxşı effekt verir. Belə xəstələr əməliyyatdan sonra artıq çəkilərini itirdikcə, piylənməyə bağlı olan yanaşı xəstəliklərdə zamanla itir. Bu insanlar daha aktiv və dinamik olurlar, gecələri rahat yatırlar, ağrısız yeriyirlər, psixoloji durumları daha yaxşı olur.

Mənbə: saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR