Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu vitaminlər gözü xəstəlikdən qoruyur

Bu vitaminlər gözü xəstəlikdən qoruyur
Sakura

Bu vitaminlər gözü xəstəlikdən qoruyur

“A vitamini, mis və sink gözləri xəstəlikdən qorumağa qadirdir”.

Report” “LIVE24” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı diyetoloq Culianna Hever söyləyib.

ABŞ-ın Milli Görmə İnstitutu məsələ ilə bağlı araşdırma aparıb. Eksperimentdə yaşı 55-dən 80-dək olan 4 700 nəfərdən çox insan iştirak edib.

Məlumata görə, məhz bu yaş aralığında insanlar tez-tez görmə patologiyası ilə qarşılaşırlar.

Mütəxəssislər peroral əlavələr qəbul edən könüllüləri 4 qrupa bölüblər. Belə ki, birinci qrup 15 mq A vitamini, həmçinin mis və sink olan antioksidant, ikinci qrup yalnız A vitamini, üçüncü qrup sadəcə mikroelement, dördüncü qrup isə plasebo qəbul edib.

Nəticədə məlum olub ki, birinci qrupdakı pasiyentlərdə görmənin yaşla əlaqədar disfunksiyası 25 %, korolma riski isə 19 % azalıb.

Qeyd olunub ki, sağlamlığı qorumaq və A vitamini qəbul etmək üçün aptekə üz tutmaq vacib deyil. Faydalı elementlər balqabaq, yumurta, kök və kəsmikdə də var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR