Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu vitamin qaraciyəri öldürür

Bu vitamin qaraciyəri öldürür
Sakura

Bu vitamin qaraciyəri öldürür

Vitaminlərin nəzarətsiz qəbulu sağlamlığa nəinki fayda verir, hətta çox ciddi ziyan vura bilir.

Bunu tanınmış rusiyalı endokrinoloq professor Ekaterina Krivtsova Veçernaya müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, insanlar bir çox hallarda vitaminləri “profilaktika” üçün qəbul edirlər. Lakin bu çox böyük səhvdir.

Həkim bildirib ki, vitamin və vitamin kompleksləri yalnız həkim təyin etməlidir. Həmçinin bundan əvvəl xəstə tam müayinə olunmalı, lazım olan analizləri verməlidir.

Krivtsova onu da qeyd edib ki, bəzən vitamin komplekslərinin tərkibində olan vitaminlərin dozaları çox cüzi olduğundan orqanizmə ümumiyyətlə heç bir təsir etmir və onları “plasebo”nun (boş həb) təsiri ilə müqayisə etmək olar. Belə ki, professorun sözlərinə görə, 1 qr qədər dozada olan C vitamininin qəbulu heç bir effekt vermir.

Digər tərəfdən böyük dozalarda qəbul olunan vitaminlər orqanizmə çox ciddi ziyan vurur. Məsələn, D vitamininin nəzarətsiz qəbulu qaraciyəri öldürür, A və E vitaminlərinin böyük dozalarda qəbulu isə onkoloji xəstəliklərin inkişafına təkan verə bilər.

Sağlamolun.az bildirir ki, ümumiyyətlə müasir təbabət süni vitamin və vitamin-mineral komplekslərindən yalnız istisna hallarda istifadə etməyi tövsiyə edir. Alimlərin fikrinə görə, bütün lazım olan maddələri qidadan almaq mümkündür. Hətta bunun üçün hər hansı bahalı, delikates qidaları qəbul etmək ehtiyac yoxdur. Adi gündəlik istifadə etdiyimiz məhsullar orqanizmi bütün lazım olan maddələrlə təmin edir.

D vitamininə gəldikdə isə digər vitaminlərdən fərqli olaraq bu vitamin gün şüalarının təsirindən bizim orqanizmdə sintez oluna bilir. Bunun üçün sadəcə gün ərzində ən azı 30 dəqiqə açıq havada olmaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR