Dərc edildi: Baxış sayı: 374
Bu universitetdən 35 tələbə çıxarıldı - Təhsil haqqına görə
Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.
Bu barədə Axar.az-a ATU-dan məlumat verilib. Qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb.
Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 20192020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət