Slimfit
  1. CƏMİYYƏT

Bu, uğurlarımızın mühüm səbəblərindən biridir - Deputat

Bu, uğurlarımızın mühüm səbəblərindən biridir - Deputat
Sakura

Bu, uğurlarımızın mühüm səbəblərindən biridir - Deputat

“Koronavirus cəmiyyətimizdə ekstremal, fövqəladə vəziyyət yaradıb. Bu vəziyyətdən çıxış yolu bütün fərdlərin bərabər, sinxron hərəkət etmələri və Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara dəqiq riayət etmələri ilə mümkündür. Təqribən yeddi aylıq prosesdə bir daha əmin olduq ki, Azərbaycanda qanun hamı üçün bərabərdir və sosial statusundan, ictimai mövqeyindən, müxtəlif titullarından asılı olmayaraq, hər bir vətəndaşın qanun qarşısında bərabərliyi təmin edilir. Bu, çox mühüm amildir. Məhz ədalət də buradan yaranan hadisədir”.

Ens.az xəbər verir ki,bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, cəmiyyət qanunun hamıya bərabər şəkildə şamil edildiyini görür və bunu ədalətli hesab edir: “Ona görə də, hazırda koronavirusa qarşı mübarizədə əldə etdiyimiz nailiyyətlər məhz qanunun aliliyi, ədalətli şəkildə hamının bərabərliyinin təmin olunması və karantin rejiminin tələblərinə riayət olunması prinsiplərilə bağlıdır. Azərbaycan cəmiyyəti kifayət qədər savadlı və intellektual cəmiyyətdir. Bəzi istisnalar olmaqla əsas etibarilə cəmiyyətin böyük hissəsi karantin rejiminin bəlli tələblərinə riayət edir və qanunun aliliyini, ədaləti təmin edən dövlət orqanlarının fəaliyyətini yüksək qiymətləndirir. Bu isə mühüm məsələdir. Çünki hər bir fərd qanunu da, baş verən hadisələri də öz idraki keyfiyyətlərinə uyğun olaraq mənimsəyir. Əgər dediyim intellektual səviyyə yüksək olmasaydı, şübhəsiz ki, burada biz istisnaların daha çox nəzərə çarpmasının şahidi olacaqdıq”.

H.Babaoğlu qeyd edib ki, bu gün pandemiyaya qarşı mübarizədə əldə etdiyimiz uğurlar bu məsələlərlə sıx bağlıdır: “İkinci mühüm məsələ isə hökumətin gördüyü operativ və effektli tədbirlərlə bağlıdır ki, burada da tibbi sənayenin qurulması, qısa müddətdə ixtisaslaşmış xəstəxanaların açılması, dövlətimiz tərəfindən yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunmasını nümunə göstərmək olar. Bu sıraya ayrı-ayrı ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların birbaşa virusla mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərimizlə təcrübə mübadiləsi aparmalarını aid etmək olar. Bütün bunların hamısı nəticə etibarilə bizim bugünkü ümumi uğurumuzu təmin edib. Amma yenə də bu proseslərdə önə çıxan heç şübhəsiz ki, qanunun tələblərinin hamıya qarşı bərabər şəkildə tətbiq olunması və qanun qarşısında hər kəsin eyni davranışının təşkil olunması hadisəsidir. Bu da uğurlarımızın ən mühüm səbəblərindən biridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR