Dərc edildi: Baxış sayı: 461
Bu türk ölkəsi Çinlə vizasız rejimi ləğv etdi
Qazaxıstan Baş naziri Əsgər Mamin yayılan yeni tip virusla bağlı Çindən gələn sərnişinlər üçün tətbiq olunan 72 saatlıq vizasız rejimin dayandırılması barədə hökumətə tapşırıq verib.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin saytında məlumat yer alıb.
“Çinə işgüzar səfərləri məhdudlaşdırın, habelə fərdi biznes və ya turizm məqsədləri ilə səyahət etməkdən çəkinməyi tövsiyə edin. Çindən gələn tranzit sərnişinlər üçün Qazaxıstanda 72 saatlıq vizasız qalma rejimini dayandırın”, - məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət