Bu tunel amerikan əsgərlərinin qorxulu kabusudur -Yer üzünün ən sirli tuneli
Tarixin ən qanlı müharibələrindən biri olan Vietnam müharibəsi Koreya müharibəsindən sonra Soyuq Müharibə dövrünün ən təhlükəli ikinci bölgəsi idi.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, amerikan əsgərlərinə qarşı mübarizə aparan Vietnam əsgərlərinin müharibə boyunca kamufulyaj və partizan hücumları üçün istifadə etdiyi Ci Chu tunelləri hazırda turistlərin ən böyük maraq dairəsidir.
Bir yeraltı şəhərə bənzəyən bu tunellər 10 min vietnamlını gizləyib və vietnam əsgərləri amerikan əsgərlərinə bu tunellərdə hücum çəkib.
Uzunluğu 200 kilometr olan bu tunellər 1940-cı ildə bel ilə qazılmağa başlayıb və hazırlanması 25 il çəkib.
Amerikan əsgərlərinin qorxulu kabusu olan bu tunellər möhtəşəm bir zəka və mühəndislik məhsuludur.
Tunellərin içində bir neçə otaq var. Bundan başa burada mətbəx, yataqxana və atelye də mövcuddur. Vietkong partizanları amerikan əsgərlərinə basqın təşkil etdikdən sonra bu tunellər sayəsində gözdən itirdilər.
Girişləri yarpaqlarla örtülü olan bu tunellərin havalandırma bacalarını qarışqa yuvalarının içində gizlədirdilər. viyetnam əsgərləri bu tuneldən sadəcə gizlənmək üçün deyil, həm də düşməni məhv etmək üçün tələlər qurmaq məqsədilə istifadə etmişdilər.
Tunellərlə bağlı ən maraqlı detallardan biri də tunel girişlərini axtaran amerikan ordusunun təlimli itlərinə qarşı tapdıqları üsul idi. Viyetnamlılar tunellərin gizli giriş və çıxışlarına amerikan əsgərlərinin istifadə etdiyi sabun geyim və parçaları qoyur. Beləliklə itlər heç bir təhlükə tapmayaraq sakit qalırdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət