Slimfit
  1. CƏMİYYƏT

Bu telefonu Bakıdan almaqdansa, ABŞ-a gedib...

Bu telefonu Bakıdan almaqdansa, ABŞ-a gedib...
Sakura

Bu telefonu Bakıdan almaqdansa, ABŞ-a gedib...

Azərbaycanda Ayfon-11 Pro Maks 256 GB-lıq smartfonun satış qiymətinə ABŞ-a birgünlük səyahət etmək və ordan bu telefonu alıb qayıtmaq olar.

Axar.az xəbər verir ki, bu barədə Feysbukda “Albert Eynişeydi” adlı səhifə istifadəçilərinin apardığı araşdırmada qeyd edilib. Araşdırmada vizası olanlar üçün Nyu Yorka səfər edib bu telefonu almağın Azərbaycandakı satış qiymətindən 5 manat ucuz başa gəldiyi bildirib:

“AZAL-da 1 gün içində Bakıdan Nyu Yorka gediş-gəliş biletlərinin qiyməti cəmi 1475 manatdır. “Əpl”in rəsmi saytında Ayfon-11 Pro Maks 256 GB-lıq smartfonun qiyməti isə 1249 dollar, yəni 2119 manatdır. Beləliklə, vizası olanlar üçün Nyu Yorka səfər edib, bu telefonu almaq üçün cəmi 3594 manat xərc tələb edilir. Sözügedən smartfonun İrşad Telekomda satış qiyməti isə 3599 manatdır - yəni yuxarıdakı qiymətdən 5 manat baha. Nəticə belədir ki, vizanız varsa, ABŞ-a gedib Ayfon-11 Pro Maks 256 GB-lıq smartfonu alıb gəlmək Bakıda eyni smartfonu almaqdan daha ucuz başa gəlir. Üstəlik gedib gəzmiş olacaqsınız. Hətta bu qiyməti daha ucuz etmək üçün Gürcüstana gedib, oradan səyahət etmək də mümkündür”.

 

Qeyd edək ki, səhifənin araşdırmasında sözügedən mobil cihazın qeydiyyatına tələb olunan 150 manat dövlət rüsumu nəzərə alınmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR