Slimfit
  1. TEXNOLOGİYA

Bu telefonlarda “WhatsApp” dayandırılacaq

Bu telefonlarda “WhatsApp” dayandırılacaq
Sakura

Bu telefonlarda “WhatsApp” dayandırılacaq

“WhatsApp” messenceri 2019-cu il dekabrın 31-dən etibarən “Windows Phone” əsaslı bütün əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq. Bu barədə messencerin rəsmi saytında deyilir.

Dəstəklənmə dayandırıldıqdan sonra messencer “Windows Phone” əməliyyat sistemli mobil qurğularda işləməyəcək.

Məlumata görə, bu səbəbdən “Android” (4.0.3 və daha yuxarı versiyalar) və “iOS” (8 və daha yuxarı versiyalar) əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulardan istifadə tövsiyə edilir. Bundan başqa, “KaiOS” (2.5.1 versiyaları və daha yeniləri) əməliyyat sistemli bir sıra qurğular dəstəklənəcək.

Qeyd edək ki, “Microsoft” şirkəti də “Windows Phone” sistemini əvəzləyən “Windows 10 Mobile” əməliyyat sistemini inkişaf etdirməkdən imtina edib. Belə ki, şirkət yanvarda bəyan edib ki, 2019-cu ilin dekabrında “Windows 10 Mobile” əməliyyat sistemi üçün yenilənmələrin buraxılışı dayandırılacaq. “Microsoft” bu sistemlə işləyən qurğu

istifadəçilərinə dəstək dayandırıldıqdan sonra “Android” və ya “iOS” əməliyyat sistemlərinə keçməyi tövsiyə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR