Slimfit
  1. AVTO VƏ MOTO

Bu tələbləri pozanlar 600 manat cərimələnəcək

Bu tələbləri pozanlar 600 manat cərimələnəcək
Sakura

Bu tələbləri pozanlar 600 manat cərimələnəcək

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı tələbləri pozanlar cərimələnəcək.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Məcəlləyə edilmiş dəyişikliklə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı "Tullantılar haqqında" qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə ödəyəcək.

Bundan başqa, digər yeni maddə ilə utilizator tərəfindən utilizatorların reyestetrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə yenə də vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 600 manat cərimə ediləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR