Slimfit
  1. CƏMİYYƏT

Bu tələbələrə təhsil haqqında 30-40 faiz güzəşt... - AÇIQLAMA

Bu tələbələrə təhsil haqqında 30-40 faiz güzəşt... - AÇIQLAMA
Sakura

Bu tələbələrə təhsil haqqında 30-40 faiz güzəşt... - AÇIQLAMA

“Aztəminatlı ailə statusunu ala bilməyən tələbələrin təhsil haqqının ödənilməsində ən azı 30-40 faiz güzəşt olunmalıdır”.

Ens.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib.

İ. Orucovun sözlərinə görə, təhsil haqqının tamamilə ləğv olunması olduqca absurd fikirdir:

“Pandemiyanın başladığı dönəmdən dərslər ənənəvi qaydadan kənara çıxdı. Cəmiyyətdə əslində haqlı olaraq təhsil haqlarının ödənilməsi ilə bağlı birsıra suallar yarandı və narazılıq özünü göstərdi. Əsas suallardan biri isə belədir: dərslər onlayn keçirilirsə, təhsil haqqını universitetlər niyə alır? Təbii ki, ödənişli təhsil alanların təhsil haqqından azad olunması ilə bağlı birmənalı olaraq heç bir söz deyə bilmərik. Bizim ali təhsil müəssisələrimiz təhsil haqları hesabına məllimlərinin maaşını verir. Müəllimlərin Əməkhaqqı Fondu ödənişli təhsil hesabına formalaşır. Əslində burda da bir yalnışlıq var. Ona görə ki, dünyanın təhsil tutumlu ölkələrində tələbənin ödənişi hesabına müəllimlərə əməkhaqqı fondu formalaşmır”.

İ. Orucov qeyd edib ki, pandemiyanın ilk günündən dövlət rəhbəri səviyyəsində aztəminatlı ailələrdən olan tələbələrə güzəştlərin edilməsi ilə bağlı hansı mümkün qərarlar lazım idi, verildi:

“Beləliklə, 22 min tələbə təhsil haqqından azad edildi. Buna görə də, əlavə gəlir mövzusunda təhsil müəssisələri düşünməlidirlər. Mənim şəxsi fikrimcə, təhsil müəssisələri ödənişlərdə güzəşt etməlidir. Belə olduğu halda, “təhsil haqlarının tamamilə ləğv olunması” kimi absurd fikirlər də ortaya çıxmaz. Həssas ailə qrupundan olan tələbələrə tədris ilinin 2019-2020-ci ilin ikinci yarısı və 2020-2021-ci ilin birinci yarısında güzəştlərin edilməsi ilə bağlı qərar qəbul edilib. Aztəmaninatlı ailələrdən olan tələbələr dövlətin bu qayğısını bu il də görəcəklər. Amma aztəminatlı ailə statusunu ala bilməyən tələbələrin də təhsil haqqının ödənilməsində düşünürəm ki, heç olmasa, 30-40% güzəşt olunmalıdır. Bu məsələdə yalnız tələbələri deyil, universitetlərin də zərər görməməsi üçün addımlar atılmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR