Dərc edildi: Baxış sayı: 543
Bu sosial şəbəkənin fəaliyyəti dayandırılacaq
"Google" şirkəti xüsusi dəstək səhifəsində "Google+" sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.
BAKU.WS xəbər verir ki, aprelin 2-dən "Google+" sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. "Google+" hesabı bağlandıqdan sonra şəkillər "Google Photos" xidmətindən yoxa çıxmayacaq.
Fevralın 4-dən isə "Google+" şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində "Google+" xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində "Google"un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət