Bu sistemlərin tətbiqi nüvə müharibəsinə səbəb olacaq
Nüvə zərbəsi endirilməsi qərarının qəbul edilməsi prosesində süni intellektin iştirak etməsi ciddi təhlükə yaradır.
Axar.az xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri yazıb.
Nəşrin yazdığına görə, süni intellekt sistemləri nüvə silahlarında tətbiq edilməməlidir. Belə ki, onlar müəyyən parametrlər əsasında qərar qəbul edir. Bu halda hətta bəzi əhəmiyyətsiz məqamları belə təhlükə kimi qəbul edə biləcək sistem həyəcan təbili çalmaq üçün əsas verir.
Nəşr bu fikri Rusiyanın “Perimetr” sistemlərinə də şamil edib. Çünki sözügedən sistemlər hətta seysmik aktivliyi belə nüvə partlayışı kimi qəbul edə bilər. Bundan sonra sistem ordu qərargahına sorğu göndərir və vaxtında cavab almasa, qitələrarası ballistik raketin buraxılması üçün göstəriş verir.
Nəşr ümumiyyətlə süni intellekt sistemlərinin istifadəsinin acınacaqlı nəticələri ola biləcəyini qeyd edib.
“Təsəvvür edin, Çin ordusu qərargahında istifadə olunan süni intellekt sistemi operativ məlumatları təhlil edərək ABŞ-ın Çinə nüvə zərbəsinə hazırlaşdığını bildirir və ABŞ-ı qabaqlayaraq ilk zərbəni endirməyi təklif edir”, - nəşr yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət