Dərc edildi: Baxış sayı: 261
Bu sığorta agenti ləğv olunur
Azərbaycanda sığorta agentlərindən biri ləğv edilir.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,“Kompas-Konsaltinq” MMC ləğv olunur.
Şirkətə sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziya ötən ilin yanvarın 11-də ləğv edilib.
Qeyd edək ki, “Kompas-Konsaltinq” MMC 30.11.2006 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Hüseyn Həsən oğludur.
Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 63, mənzil 3 ünvanına bildirə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət