Slimfit
  1. İQTİSADİYYAT

Bu şəxslərin əməkhaqqı artıb – 845 MANAT

Bu şəxslərin əməkhaqqı artıb – 845 MANAT
Sakura

Bu şəxslərin əməkhaqqı artıb – 845 MANAT

 

Bakıda 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq, 845,1 manat təşkil edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, 2019-cu ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb.

Bu isə ötən ilin oktyabr ayı ilə müqayisədə 21,2 faiz çoxdur.

Artım Prezidentin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması ilə əlaqədardır.

Həmçinin dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi, bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsinin nəticəsidir.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR