Slimfit
  1. İQTİSADİYYAT

Bu şəxslərə yardım verilə bilər

Bu şəxslərə yardım verilə bilər
Sakura

Bu şəxslərə yardım verilə bilər

Deputatlar koronvirus pandemiyası ilə əlaqədar olaraq respublikada ciddi karantin rejimin tətbiq olunması ilə bağlı işləməyən insanlara müəyyən vəsaitin verilməsini təklif ediblər. “Ölkə.Az” xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  onlayın iclasında müzakirə aparılıb. İclasda çıxış  edən deputatlar  bildiriblər ki, koronavirus pandemiyası  müddətində işlərin dayandırıldığından hökumət muzdla iləyən, o cümlədən əhalinin həssas sosial təbəqəsinə  yardımlar verəcək və bununla bağlı xüsusi qərarlar qəbul edilib.  Lakin bu heç də bütün işləməyən təbəqəni əhatə etmir. Ona görə də deputatlar hesab edir ki, müqaviləsi olmayan və müqaviləsiz, qeyri-rəsmi günəmuzd işləyən şəxslər bu yardımdan kənarda qalıblar. Deputat Vahid Əhmədov  “Ölkə.Az”a  açıalamasında deyib ki, bu məsələ də öz həllini tapmalıdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bununla bağlı təkliflərini hələ açıqlamayıb. Bizə ən çox şikayətlər işləməyən, yaxud günəmuzd çalışan insanlardan gəlir. Yəqin ki, nazirlik təkliflər paketində həmin şəxsləri də nəzərə alacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR