Slimfit
  1. AZƏRBAYCAN

Bu şəxslər dövlət hesabına istirahətə göndərildi

Bu şəxslər dövlət hesabına istirahətə göndərildi
Sakura

Bu şəxslər dövlət hesabına istirahətə göndərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu kateqoriyadan olan 90 nəfər şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.
Tədbir “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.
Bu məqsədlə cari ilin yaz-yay mövsümündə1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR